Ça. Avq 20th, 2019

Xaçmazda maşın kanala düşdü: sürücü öldü – FOTO

Xaçmazda minik maşını su kanalına düşüb. 

Hadisə rayonun Qımıl kəndi ərazisində qeydə alınıb. 

90 XL 783 dövlət nömrə nişanlı, “Lexsus” markalı avtomobil kanala düşüb. Qəza nəticəsində sürücü həyatını itirib. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit sudan çıxarılıb. Ölənin şəxsiyyəti hələlik dəqiqləşdirilməyib. Faktla bağlı araşdırma aparılır. (oxu.az)

Paylaş: