Bz. Avq 18th, 2019

“Türkologiya” jurnalının 2019-cu il üçün ilk nömrəsi nəşr olundu

“Türkologiya” jurnalının 2019-cu il üçün birinci nömrəsi nəşr olundu. Jurnalın əsas qayəsi, türkologiya elminin gerçək sərhədlərini dünyaya tanıtmaq və aparılan türkoloji tədqiqatlara öz dəstəyini verməkdir.

Turkustan.info xəbər verir ki, jurnalın bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Azərbaycan, Türkiyə, Rusiya (Başqırdıstan), Macarıstan və Özbəkistan alimlərinin türkologiyanın müxtəlif sahələrinə aid məqalələri dərc olunub.

Həmçinin jurnalın bu sayında “İmadəddin Nəsimi – 650”, “Klassik irs – Portretlər”, “Dilçilik”, “Ədəbiyyat və folklor”, “Mifologiya”, “Mədəniyyət və incəsənət”, “Müzakirə və diskussiya” rubrikalarında İmadəddin Nəsimi yaradıcılığına həsr edilmiş dəyərli bir araşdırma, dövlət məclisi və qurultaya, Türkiyə türkcəsi və Azərbaycan dilinin qarşılıqlı anlama aspektindən leksik müqayisəsinə, Azərbaycan dilinin milli korpusunun yaradılmasına, “Vərqa və Gülşa” məsnəvisinin yeni nüsxəsinə, başqırd mifologiyasına, Macarıstandakı türk mətbəxinə və M.T.Zehtabinin “İran türklərinin əski tarixi” kitabında Azərbaycan məsələsinə dair orijinal elmi-nəzəri məqalələr dərc olunub. “Resenziyalar” və “Personalia” rubrikalarında isə türkologiya sahəsindəki əlamətdar hadisələrə dair maraqlı yazılara yer verilib.

“Türkologiya” jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

 

Paylaş: