Şb. Dek 14th, 2019

Ürək nahiyəsindən güllələnən erməni əsgər öldü

İrəvanda Mikayelyan adına Cərrahiyyə İnstitutuna döş qəfəsinin sol nahiyəsindən güllə yarası alan şəxs çatdırılıb.

Turkustan.info xəbər verir ki, bu barədə “Shamshyan.com” informasiya yayıb.

Hərbi formalı 23-25 yaşlı yaralının xəstəxanaya Kanakera hərbi hissəsindən gətirildiyi məlum olub.

Hazırda hərbçinin əməliyyatına başlanılıb.

 

Nəşrə danışan mənbənin sözlərinə görə, yaralı Kotayk vilayətinin 24 yaşlı sakini Narek C. adlı şəxs – müqavilə əsasında xidmət edən hərbi qulluqçudur. Hərbçinin formasının cibindən qeyd tapılıb.

Xəstəxanaya Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisinin nümayəndələri, həmçinin İstintaq Komitəsinin müstəntiqləri də gəlib.

***

Bu gün güllə yarası ilə xəstəxanaya çatdırılan erməni hərbçi ölüb.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Narek.S adlı hərbçi silah otağında özünü güllələyib.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.  /Axar.az/

Paylaş: