Bz. Avq 25th, 2019

Bakı Atatürk Liseyi “Şahin” Hərbi-İdman Yarışlarında birinci oldu – FOTOLAR+VİDEO

Bu gün Bakı şəhəri Nəsimi rayon məktəbləri arasında ənənəvi “Şahin” Hərbi-İdman Yarışı keçirilib.

Turkustan.info xəbər verir ki, Nəsimi Rayon Gənclər və İdman İradəsi tərəfindən təşkil olunan marafona rayonun 24 məktəbi qatılıb. Hərbi geyimli məktəblilər bir sıra vəzifələri icra ediblər. Fəxri keçid, avtomat güllələrinin sürətlə darağa yığılması, qısa məsafəyə qaçış kimi tapışrıqlarda komandalar öz güclərini sınayıblar. 

Yarışmanın sonuclarına görə Türk Dünyası Araşdırmaları Vakfının Bakı Atatürk Lisesi ən yaxşı nəticələr göstərərək Birinci yeri tutub. 

Liseyin birinci yeri qazanması haqda Fəxri Diplom liseyin müəllimi, təmsilçi heyəti yarışmaya hazırlamış Vilayət Qurbanova təqdim olunub.

Uğur qazanmış şagirdləri təbrik edən Liseyin müdiri Eylem Gültekin liseyin adını zirvəyə qaldırdıqları üçün onlara təşəkkürlərini çatdırıb.

Paylaş: