Bz. Avq 25th, 2019

Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki dəyişir – Sərnişinlərin İSTƏYİNƏ GÖRƏ

Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının hərəkət qrafiki aprelin 22-dən etibarən dəyişdirilir. 

Bu barədə  “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, dəyişiklik sərnişinlərin istək və təklifləri əsasında həyata keçirilib:

Belə ki, gün ərzində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən qatarların sayı 13 cütdən 14 cütə çatdırılıb. Eləcə də, Bakıdan yola düşmə və Bakıya çatma vaxtlarında optimallaşdırma aparılaraq dəyişiklik edilib.

Qeyd: Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6011, 6015, 6017, 6020,6022/6021, 6024, 6028 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.   

Paylaş: