C. Okt 18th, 2019

Hansı deputatlar Milli Məclisin iclaslarına gəlmirlər…

“2019-cu il ərzində deputatlarımız Milli Məclisin Daxili Nizamnaməsini  pozmayıblar. Davamiyyətə də normal qaydada əməl edilib”. 

Bunu  Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev deputatların iclaslara davamiyyətindən danışarkən deyib.

Komissiya sədri Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun Milli Məclisin iclaslarına qatılmaması barədə deyilənlərə də münasibət bildirib:
 “Vasif Talıbov Milli Məclisin iclaslarına qatılır. Ola bilər ki, bir ya da iki dəfə qatılmasın. Bəzən olur ki, mən də Olimpiya Komitəsinin yarışlarına gedirəm. Buna görə iclaslara qatıla bilmirəm. Bu halda heç bir problem yoxdur. Əgər deputatların çox hissəsi plenar iclaslara qatılmırsa, bu zaman həmin deputatların işi ilə bağlı İntizam Komissiyası toplanır. Çünki qaydaları pozan deputatlar dəvət olunur. Bu cür toplaşma ildə bir dəfə olur. Sonuncu dəfə 2018-ci ilin oktyabrında toplaşmışıq”.

Ağacan Abiyev deyir ki, Azərbaycan Milli Məclisinin deputatları digər ölkə parlamentarilərindən üstün cəhətlərə malikdirlər:
“Sizə bir söz deyim. Rusiyanın, Ukraynanın, Belarusun parlamentlərində olmuşam. Onu deyə bilərəm ki, ən intizamlı deputatlar Azərbaycan parlamentinin deputatlarıdır. Digər ölkələrin parlament üzvlərinə baxanda, bizim deputatlarımız hamısından birinci yerdədir. Hər mənada  deputatlarımız nümunəvidir. Bizim Milli Məclisdə olan nizam-intizam heç yerdə yoxdur”. (modern/az)

Paylaş: