C. Avq 23rd, 2019

Deputat azərbaycanlı jurnalistlərin Qarabağa getmək təkliflərini qınadı

“Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan Azərbaycan jurnalistlərinin Dağlıq Qarabağa, Ermənistana səfərinin təşkil edilməsi barədə təkliflər yolverilməzdir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

T.Kərimli bildirib ki, rəsmi şəxslər tərəfindən belə çağırışlar qəbuledilməzdir. Vitse-spiker Valeh Ələsgərov isə qeyd edib ki, heç bir vəzifəli şəxs ərazi bütövlüyü bərpa edilmədən sülh danışıqlarına getməyib:

“Hər zaman demişik ki, sülh danışıqları aparıla bilər, amma ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir”.

O vurğulayıb ki, Dağlıq Qarabağ probleminin həllində maraqlı qüvvələr var:

“Emosional çıxışlarla, çağırışlarla insanları qıcıqlandırmaq olmaz. Siyasətdən xəbəri olan insan hər bir sözünə dəyər verməlidir”.  (modern.az)

Paylaş: