Ça. Okt 15th, 2019

Deputat Fazil Mustafa: “Qaz limiti iki dəfə artırılmalıdır, yoxsullar əziyyət çəkir”

Milli Məclisin deputatı Fazil Mustafa təbii qaza tətbiq edilən limitin (1 700 kub) iki dəfə artırılmasını təklif edib.

Türküstan.info xəbər verir ki, o, bu təklifi Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.

“Həyət evində yaşayan, ödəniş imkanları zəif olan insanlar limitdən çox əziyyət çəkirlər, böyük problemlər yaşayırlar. İstixanalar, dönərxanalar və s. obyektlər, xidmət sahələri pul əldə edə bilirlər. Amma yoxsul əhali üçün bu, böyük problemdir. Təklif edirəm ki, limit iki dəfə artırılsın, ən azı 3 000 kub səviyyəsinə çatdırılmalıdır”, – deputat əlavə edib.

Paylaş: