Bz. Noy 17th, 2019

“Atatürk və Əhməd Ağaoğlu” – Monoqrafiya çapdan çıxdı – FOTO

Prezident İlham Əliyevin “Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyinin qeyd edilməsi” haqqında bu ilin aprelin 10-da imzaladığı Sərəncamına uyğun olaraq ölkəmizin Macarıstandakı səfiri, tanınmış filoloq-alim Vilayət Quliyevin “Atatürk və Əhməd Ağaoğlu” adlı monoqrafiyası Bakı Atatürk Mərkəzinin xətti ilə çap olunub.

Turkustan.info Azərtac-a istinadla xəbər verir ki, mərkəzin direktoru, akademik Nizami Cəfərov kitaba “Türk dünyasının iki böyük insanının dostluq hekayəsi” adlı geniş müqəddimə yazıb. Kitab böyük Atatürkün rəhbərliyi ilə türk xalqının milli-azadlıq mübarizəsinə – Qurtuluş savaşına başlanmasının 100 və Əhməd Ağaoğlunun anadan olmasının 150 illiyinə həsr olunub.

Kitabda azərbaycanlı mütəfəkkirlə Türkiyə Cümhuriyyətinin qurucusu Atatürk arasında 1919-cu ildə başlayan və təxminən 20 ilə yaxın davam edən dostluq əlaqələrinin, işgüzar və şəxsi–ailəvi münasibətlərin geniş mənzərəsi öz əksini tapıb.

Hazırda Qazaxıstanın paytaxtı Nur-sultan şəhərində fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyası əsərin türkcə nəşrini çapa hazırlayır.

Paylaş: