Şb. Avq 17th, 2019

İngiltərənin məşhur tarixi abidəsində TÜRK İZLƏRİ – FOTO

İngiltərənin ən məşhur tarixi abidəsi olan Staunhencin Anadoludan köçənlər tərəfindən yaradıldığı müəyyən edilib.

BBC xəbər verir ki, tədqiqatçılar İngiltərədə Neolit dövründən qalan insan qalıqlarından əldə edilən DNT-ni Avropada o vaxt yaşayanların DNT-si ilə qarşılaşdırıblar.

Araşdırma göstərib ki, İngiltərədəki insanlar buraya Anadoludan gəliblər.

Anadoludan başlayan böyük köç dalğası zamanı bir qrup insan Orta Avropaya yönəlib, bir qrup isə Aralıq dənizi boyunca gedərək İspaniya və Portuqaliya ərazisinə yerləşiblər. O dövrdə ovçuluqla məşğul olan tayfaların yaşadığı Avropaya əkinçiliyi gətirən anadolulular buradan İngiltərəyə keçiblər.
Həmçinin İngiltərədəki yerli tayfaların əsmər və mavi gözlü, Anadoludan köç edənlərin isə daha açıq dərili və qəhvəyi gözlü, qara saçlı olduğu müəyyən edilib.

Neolit dövrünün köç edən tayfaları əkinçilikdən başqa böyük daşlardan abidə yaratma adətini də İngiltərəyə gətiriblər. Londonun 130 kilometrliyində yaradılan Staunhenc də bunun bir parçasıdır. (teleqraf.com)

Paylaş: