C. Avq 23rd, 2019

Qazaxıstanda hakim partiya namizədini elan etdi – Seçki iyunun 9-a təyin olundu

Qazaxıstanın hakim “Nur-Otan” partiyası bu gün – aprelin 23-də ölkə prezidentliyinə namizədinin adını açıqlayıb. O, hazırkı Prezident Qasım- Comərt Toqayevdir. Namizədin adı partiyanın bugünkü qurultayında elan olunub.

Türküstan.info xəbər verir ki, təxminən iki ay sonra ölkədə növbədənkənar prezident seçkisi keçirilməlidir.

Keçmiş Prezident Nursultan Nazarbayev ötən ay istefa verib, ancaq Nur Otana sədrliyini saxlayıb. Nur Otan üzvü olan Toqayev martın 20-dən, Nazarbaev istefa verəndən bir gün sonra aralıq dövr prezidenti kimi fəaliyyətə başlayıb.

Seçki iyunun 9-na təyin olunub və görünür, məqsəd siyasi keçid müddətini qısaltmaq, Nazarbayevin qəfil istefasından sonra ölkədə sabitsizliyin hər hansı formasına fürsət verməməkdir.

Seçkinin qəfil elanı hakim partiya namizədinin potensial opponentlərinin kampaniya aparması üçün çox vaxt qoymayıb. Bu ölkədə müxalifət onsuz da sıxışdırılıb, 30 ilə yaxın siyasətdə Nazarbaev dominantlıq edib.

Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva hazırda parlamentin yuxarı palatası olan Senatın spikeridir. Ondan əvvəl bu vəzifəni Toqayev tuturdu.

Paylaş: