C. Avq 23rd, 2019

TAİB-in İstanbulda tanışma proqramı düzənlədi

Daha öncə də xəbər verdiyimiz kimi 2012- ci ildən Türkiyədə fəaliyyət göstərən Türkiyədəki Azərbaycanlı İş adamları Birliyi (TAİB) 2018-ci ilin İyul ayında keçirilən seçimin nəticəsi olaraq yeni heyətlə fəaliyyətə başlayib. Təşkilat iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da gücləndirilməsi ve iş dünyasına daha çox çağırış etməsi adına dünən İstanbulda yerləşən “Vadi İstanbul Radisson Blu Hotel”də hər iki ölkənin iş adamları və bürokratlarının iştirakı ilə geniş bir tanışma proqramı düzənlədi.
Tədbirdə çıxış edən Türkiyə Cumhurbaşqanlığı Maliyyə İdarəsinin başqanı Prof. Dr. Göksel Aşan “ 15 İyul hadisələrindən sonra Azərbaycanın Türkiyənin yanında olduğunu hər kəs gördü, lakin bu səmimi münasibətləri sadece liderlerler səviyyəsində dəyərləndirmək doğru olmaz, bizim bu münasibətləri çox ciddi iqtisadi münasibətlər halına gətirməyimiz və sağlamlaşdırmağımız lazımdır. Doğrudur Azərbaycan Türkiyədə ən böyük yabancı yatırımcıdır, amma təəssüf olsun ki, Türkiyənin Azərbaycana toplam ixracatı 1.5 milyard dollar, idxalatı isə sadəcə 400 milyon dollardır. Bu rəqəmlər Azərbaycanla Türkiyə arasındakı münasibətlərə yaraşan rəqəmlər deyil, nə edib bizim bunları artdırmağımiz və yaxın gələcəkdə bir neçə qatına çıxatmağımız lazımdır. Azərbaycanlı iş adamları nə qədər çətinliklərlə qarşılaşsalar da, burada onların bir qapısı olduğunu unutmamalı və bu münasibətləri mədəniyyət, ticaret və iqtisadi anlamda daha da genişləndirməlidirlər, biz də əlimizdən gələn dəstəyi verməyə hazırıq” deyə qeyd etdi.
Azərbaycan Respublikası Diasporalarla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov isə hər iki dölət başqanlarının qardaş ölkələr arasında reallaşan işlərə xüsusi önəm verdiyini vurğuladı və söylədi ki: “İş adamlarının gerçəkləşdirdiyi fəaliyyətlər xalq üçündür. Azərbaycan və Türkiyə arasındakı bu səmimi münasibətlər hər zaman davam edəcək və Böyük Türk Dünyasında həyata keçirilən işlər bu iki qardaş ölkə xalqı tərəfindən dəstəklənəcək. Türkiyə dövlətinə və xalqına daima Azərbaycanın yanında olduğu üçün dövlətim və millətim adına təşəkkür edirəm”.
Proqrama ev sahibliyi edən Türkiyədəki Azərbaycanlı İşadamları Birliyi (TAİB) başqanı Mehdi Nağıyev dəvətini qəbul edib gələn qonaqlara təşəkkürünü bildirərək, əsas hədəflərinin Azərbaycan və Türkiyə iqtisadiyyatını gücləndirmək üçün qatqı göstərmək və iş adamlarının fəaliyyətini artdırmaqla yanaşı həm də Azərbaycanı Türkiyədə tanıtmağa və layiqli təmsil etməyə çalışmaq olduğunu bəyan etdi. TAİB başqanı “2012-ci ildə 16 şirkət və iş adamının iştirakı ilə qurulan təşkilatı inkişaf etdirərək daha yüksək səviyyəyə gətirmək istəyirik. Bunun üçün də bu gün yüzə yaxin üzvü olan təşkilatımızın, iki ölkənin iş adamları arasında təmaslarını qurmaq, yeni yatırımlar üçün münbit şərait yaradılmasına dəstək vermək məqsədi ilə Türkiyənin fərqli bölgələrində şöbələrini açmağı nəzərdə tuturuq. Dövlətlərimizin güclü olması üçün iqtisadi inkişafı mütləqdir, olmazsa olmazıdır” deyə bildirdi.
Həmçinin Türkiyədə fəaliyyət göstərən iş adamlarina fəaliyyətlərindəki başarılardan dolayi TAİB tərəfindən plaketlər təqdim edildi.
Proqramda Azərbaycan sənətçilərinin ifasında milli musiqimiz də səsləndirildi.
Yaqut Misirxanlı

Paylaş: