Şb. Avq 17th, 2019

Temperatur nə vaxt yüksələcək?

Bir həftədən artıq davam edən qeyri-sabit hava şəraiti sabahdan normallaşacaq. Belə ki, aprelin 24-dən ölkə ərazisində soyuq hava  yerini yazın əsl havasına verməyə başlayacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometroloji Proqnozlar Bürosunun baş mühəndisi Elmira Həmidova məlumat verib.

E.Həmidova bildirib ki, bu gündən başlayarq hava sabitləşməyə doğru gedir: “Sabahdan isə mülayim cənub küləyi olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-3 dərəcə artacaq. Həftənin  sonuna doğru isə 18-19 dərəcəyədək yüksəlməsi gözlənilir”.

Baş mühəndis onu da qeyd edib ki,  bu günlərdə güclü küləklər gözlənilmir.

Paylaş: