Bz. Avq 18th, 2019

Azərbaycanlı alimdən İLGİNC İDDİA – Melkonyan və Andranik “mavi” imiş – FOTOLAR

Hər il qondarma erməni soyqırımının Ermənistanda qeyd olunduğu ərəfədə bu xalqın “tarixi şəxsiyyət”ləri ilə bağlı rüsvayçı məlumatlar üzə çıxır, gündəmə gəlir. Bu məlumatlar təkcə erməni hərbi-siyasi dairələrinin deyil, əksər ermənilərin böyük bir kəsiminin mahiyyətini də əks etdirir.

Hazırda pornoulduz Kim Kardaşyanı özlərinə qəhrəman seçən ermənilər tarix boyu belə əxlaqdan kasad şəxsləri milli lider elan ediblər.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev ermənilərin “milli qəhrəmanları“ Qaregin Njde və Andraniklə bağlı sensasion məlumatlar paylaşıb.

O bildirib ki, erməni mənbələrində Qaregin Njde və Andranikin gey olduğu yazılır:

“Mənbələrdə yazılır ki, hər iki komandir əsir götürdükləri türk kişilərini onlarla zorla cinsi əlaqəyə girməyə məcbur edir, sonra isə onları xüsusi qəddarlıqla öldürürdülər. Daşnakların ilk bayrağı da bu gün müasir geylərin rəsmi bayrağı olub. Dünyada cinsi azlıqlara ən çox dəstək verən də erməni fondları olub”.

Ümumiyyətlə, Andranik Ozanyanın İstanbuldakı “Lodos” meyxanasında iki yunan gənclə sevişməsi, buna görə də “mademuazel Andranik” adlandırılması haqda təsdiqlənmiş məlumatlar mövcuddur. 1895-ci ildə Qarsdan Sasona yollanaraq qiyamçı erməni dəstəsinə qoşulan və elə ilk gecədə komandir Serobun çadırında onunla yatan Andranikin eşq macərası üzə çıxmasın deyə 4 nəfər güllələnmişdi. Onlar Serobla Andranikin gecə eyş-işrətini görmüş mühafizəçilər idi.

Ermənilərin digər “qəhrəman”ı Qaregin Njdenin homoseksual olmasını SSRİ-nin qurucularından Lev Trotski də təsdiq edib:

“Deyirlər, döyüşdən sonra Njde iki türk gəncini öldürməməyi əmr edib, onları müvəqqəti qərargah etdiyi kəndli daxmasına aparıb. Mənə çatan məlumatlara görə, yoldaş Njde həmin axşam türk gənclərdən onu “sevmələrini” tələb edib, özü qadın paltarı geyib və səhərədək “təcavüzə” məruz qalıb”.

Zaur Əliyevin sözlərinə görə, hətta ermənilərin müasir qəhrəmanı Monte Melkonyanın da gey olması, kişilərə meyil etməsini sübut edən fotofaktlar var. Qarabağda döyüşmüş erməni terrorçuları Melkonyanın kişi sevgilisinin uzun illər onun yanında qaldığını deyiblər. Onlar gündüzlər “döyüşçü” olan Melkonyanın gecələr “qadın”a çevrildiyini qeyd ediblər.

Sözügedən məlumatları artıq ermənilər özləri də təsdiq etməyə başlayıblar.

Mövzunun aktuallığını nəzərə alaraq, Melkonyanın ermənilərin də böyük təəccübünə səbəb olan fotolarını təqdim edirik:

 

(teleqraf.com)

Paylaş: