Bz. Avq 18th, 2019

Fuad Muradov: “Nantda Azərbaycan məktəbinin açılması erməni lobbisinin kampaniyalarını zərərsizləşdirmək üçün zəruri idi”

“Fransanın Nant şəhərində Azərbaycan məktəbinin açılması erməni lobbisi tərəfindən orada mütəmadi olaraq ölkəmizə qarşı aparılan kampaniyaları zərərsizləşdirmək üçün zəruri idi”.

Bu sözləri jurnalistlərə müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

“Fransadakı erməni lobbisi mütəmadi olaraq Azərbaycana qarşı kampaniyalar həyata keçirməyə cəhd edir. Fransada yaşayan Azərbaycan icması fəaldır. Nant şəhərində 200-dən çox azərbaycanlı ailə yaşayır. Fransanın Nant şəhərində Azərbaycan məktəbinin açılması erməni lobbisi tərəfindən orada mütəmadi olaraq ölkəmizə qarşı aparılan kampaniyaları zərərsizləşdirmək üçün zəruri idi. Azərbaycan məktəbini oradakı azərbaycanlı icmanın nümayəndələri idarə edirlər”, – deyə Komitə sədri qeyd edib.

Komitə sədri vurğulanıb ki, ötən il İsveçrənin Bern şəhərində “Qarabağ” adlı ilk Azərbaycan məktəbi açılıb. Eyni zamanda, bu gün dünyanın 20-dən çox ölkəsində Azərbaycanın şənbə-bazar məktəbləri fəaliyyət göstərir. Biz onların fəaliyyətini daha da inkişaf etdirməliyik. (modern.az)

Paylaş: