Bz. Avq 18th, 2019

Klıçdaroğlunu yumuruqlayan kişi həbsdən buraxıldı – Məhkəmə qərarı

Ötən bazar günü Ankaranın Çubuk rayonunda şəhid əsgərin dəfn mərasimi zamanı ana müxalifət liderinə hücum edib onu yumruqla vuran kəndli həbsdən buraxılıb.

 Türkiyə KİV-lərinin yaydığı xəbərə görə, Osman Sarıgün bu gün yenidən məhkəməyə çıxarılıb və onun barəsində həsb qətimkan tədbiri dəyişdirilib. Kılıcdaroğluna hücum edən və saxlanılan şübhəlilərdən qalanları isə daha əvvəl dindirildikdən sonra buraxılmışdı.

Xatırladaq ki, dəfn mərasimi zamanı kütlə Kılıcdaroğluan hücum edərək onu linç etmək istəyib. CHP lideri mühafizəçilərin və jandarmanın köməyi ilə yaxınlıqdakı kənd evlərindən birinə sığınıb. Bu zaman kütlə evə hücum edib, evi yandırmaq çağırışları səslənib. Nəhayət əlavə jandarma qüvvələrinin cəlb edilməsindən sonra kütləni sakitləşdirmək və Kılıcdaroğlunu linçdən xilas etmək mümkün olub.

Hadisə zamanı orada olan Polis Müdiri Celal Uzunkaya bildirir ki, sayları mindən yuxarı olan aqressiv kütlə Kılıcdaroğlunu linç etməyə çalışırdı. Uzunkaya həmin vaxt polis maşınından meqafonu götürərək kütləyə xəbərdarlıq edib ki, əvvəlcə onu və mərasimdə iştirak edən başqa dövlət məmurlarını linç etmək lazım gələcək. “Bunumu edəcəksiniz?”-Uzunkaya kütləyə səslənib. Bu sözlərdən sonra kütlə bir az sakitləşib, amma aqressiya davam edib. “Kılıcdaroğlu nə üzlə bura gəlir?”-deyə toplaşanlar qışqırıblar. Ümumən həmi vaxt kənddə 12-13 minə yaxın adamın toplaşdığı, Kılıcdaroğlunun sığındığı evin ətrafında azı 3 min adam olduğu bildirilir. Uzunkaya deyir ki, hər an hər şey ola bilərdi və kütlənin onları daşa basacağı, yaxud kiminsə bomba atacağı, bıçaqla hücum edəcəyi istisna deyildi. (virtualaz.org)

Paylaş: