Ça. Avq 20th, 2019

Krımlı oğlan azərbaycanlı atasını axtarır – FOTO

Rusiyanın ilhaq etdiyi Krım sakini öz azərbaycanlı atasını axtarır.

Arsen Şükürov atası Şükürov Murad İbad oğlunu (1971-ci il təvəllüdlü) axtarır.

“Atam 1993-1994-cü illərdə Sevastopol/Balaklava şəhərlərində sualtı qayıqda xidmət keçib. 1994-cü ildə Azərbaycana, Qobu kəndinə geri dönüb. 1995-ci ildən əlaqəmiz tam itib”.

Arsen Şükürov atası ilə əlaqə saxlamaq istədiyini və ona bu axtarışda yardımçı olacaq hər kəsə minnətdarlıq edəcəyini vurğulayıb. (modern.az)

 

Paylaş: