Bz. Avq 18th, 2019

Ukraynanın yeni liderini böyük savaş gözləyir – “Karnegi” Fondi

Ukraynanın yeni seçilmiş prezidenti Volodimir Zelenski özünün ideal ölkəsini “Qərbin korrupsioner tərəfdaşı”, yaxud “Rusiyanın kiçik bacısı” kimi görmədiyini deyir. Bu, praqmatik vətənpərvərlik ukraynalıların çoxunun qəlbinə toxunur, çünki çoxlarından ötrü indi ən vacib iş Petro Poroşenkonun səlib yürüşünə bənzər prezidentliyindən sonra ölkənin daxili problemlərini yoluna qoymaqdır. “Karnegi” Fondunun saytında Konstantin Skorkin bunun asan olmayacağını yazır.

Müəllif komediya ustası Zelenskinin seçkidə səslərin 73 faizini qazanmasını gözlənilən, ancaq istənilən halda sensasion sayır. Onun fikrincə, bu nəticə təkcə aktyorun şəxsi qələbəsi deyil, köhnə elitaya inamsızlığın göstərcisidir. Digər tərəfdən bu seçki milli intelligensiyanın iflasını ortaya qoydu. Ziyalıların çoxu Poroşenkonu dəstəkləsə də, sıravi vətəndaşları tərəflərinə çəkə bilmədilər.

Petro Poroshenko və Volodymyr Zelenskiy (sağda) seçkiqabağı debatda

“Bu 73 faizlik dəstəyin reallıqda nə demək olması barədə düşünməyə dəyər. Bir tərəfdən bu, radikal islahatları gerçəkləşdirməyə, dövlət aparatını köhnə elitadan təmizləməyə inam kartıdır. Digər tərəfdən, bu göstəricini real siyasətə necə tətbiq etmək olar? Həm də saysız-hesabsız siyasi qüvvələrin iş başında olduğu, prezidentin məhdud səlahiyyət daşıdığı parlament-prezident respublikasında? Özəlliklə də, Ukrayna kimi yüksək inkişaf etmiş dərin dövlətin mövcud olduğu postsovet respublikasında: zəif məhkəmə sistemi və dövlət siyasəti ilə yanaşı hakimiyyətə qaranlıq klanlar sisteminin real nəzarət etdiyi bir ölkədə. Bu, Pirr qələbəsinə çevrilə bilərmi?” – müəllif sual edir.

Zelensky-yə qalan hökumətin başında Volodimir Groysman durur, ancaq hökumətdə Daxili işlər naziri Arsen Avakov kimi güclü müttəfiqi var. Amma köhnə qvardiyanın hansısa sabotaj cəhdini əzə bilmək üçün özünün “silovik”lərini təyin etməkdən ötrü Zelenskiyə Verxovna Radanın dəstəyi gərəkdir.

“Parlamentdəki mövcud çoxluq Poroşenko zamanında yaradılıb və şübhəsiz, o gedəndən sonra bir çox deputat qalibin tərəfinə keçəcək. Di gəl, Zelenskinin öz fraksiyası yoxdur və sövdələşməyə getməli olacaq”, – müəllif yazır.

Paylaş: