Bz. Avq 18th, 2019

Zelenskinin ŞOUMEN KİMİ sonuncu çıxışının tarixi bəlli oldu

Ukraynada 21 aprel prezident seçkilərində qalib gələn Vladimir Zelenskinin sonuncu şousunu təqdim edəcəyi tarix açıqlanıb.

“112 Ukraina” saytının xəbərinə görə, o, mayın 25-də Kiyevdə yerləşən Oktyabr Sarayında tamaşaçılar qarşısına çıxacaq.

Şoumen məşhur “Gülüş liqası” televiziya yumoristik şousunda iştirak edəcək.

Qeyd edək ki, V. Zelenski 73 faiz səslə Ukrayna prezidenti seçilib. (qafqazinfo)

Paylaş: