C. Avq 23rd, 2019

Döyüş təyyarələri HAVAYA QALXDI: ABŞ-dan sonra Fransa… – III Dünya müharibəsi BAŞLAYIR?

Cənubi Çin dənizində gərginlik getdikcə artmaqdadır.

Turkustan.info xəbər verir ki, Çin Tayvan boğazına girən Fransanın döyüş gəmisi haqqında Parisə rəsmi xəbərdarlıq göndərildiyini açıqlayıb.

Çinin Müdafiə Nazirliyinin açıqlamasına görə, Fransanın döyüş təyyarəsi aprel 7-də Çinin ərazi sularına qeyri-qanuni girib və Çin gəmisi ona xəbərdarlıq edib.

Bu ayın əvvəlində isə Tayvan Müdafiə Nazirliyi Çinə aid iki ədəd “J-11” döyüş təyyarəsinin Tayvan döyüş təyyarələri ilə qarşı-qarşıya gəldiyini açıqlamışdı.

Xatırladaq ki, mart ayının sonlarında ABŞ donanmasına aid “USS Curtis Wilbur” və “USCGC Bertholf” gəmiləri mübahisəli bölgə sayılan Tayvan boğazına girmişdi.

Qeyd edək ki, dünyanın ən əhəmiyyətli dəniz marşrutlarından biri olan Cənubi Çin dənizi zəngin karbohidrogen ehtiyatlarına malikdir. Çindən başqa, Filippin, Vyetnam, Malayziya, Bruney və Tayvan kimi ölkələr də beynəlxalq suları iddia edirlər. ABŞ isə Çinin bu regionda möhkəmlənməsini təhlükəsizlik maraqlarına zərbə hesab edir və son illər Cənubi Çin dənizi regionunu xarici siyasətin prioritetlərindən birinə çevirib.

Bölgə III Dünya müharibəsinin başlaya biləcək nöqtələrdən biri hesab edilir.  /Publika.az/

Paylaş: