C. Avq 23rd, 2019

Moskvada ermənilər arasında qanlı insident – Ölənlər var

Moskvada metro stansiyası yaxınlığında qanlı insident baş verib. Kimliyi məlum olmayan bir nəfər naməlum silahdan atəş açaraq başqa bir nəfəri, daha sonra özünü öldürüb.

Turkustan.info Lenta.ru-ya istinadən xəbər verir ki, insident  metronun “Novıye Çeremuşki” stansiyası yaxınlığında baş verib.

İlkin araşdırmalara görə, onlar Ermənistan vətəndaşlarıdırlar.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Paylaş: