Ç. Dek 11th, 2019

Azad Rəhimov: Roman Abramoviç bizim adamdır

Gənclər və idman naziri Azad Rəhimov Bakıda keçirilən “Formula-1” yarışlarından əvvəl jurnalistlərlə söhbət zamanı Azərbaycan paytaxtında keçiriləcək Avropa Liqasının final oyunu ilə bağlı danışıb. 

“Sport-Express” xəbər verir ki, A.Rəhimov yarımfinalda mübarizəni davam etdirən komandalardan “Çelsi”yə azarkeşlik edəcəyini deyib:

“Hazırda biz “Formula-1” Qran-prisini keçiririk. Tezliklə Bakıda Avropa Liqasının finalı keçiriləcək. Bu, böyük hadisədir. Biz kimi istəyirik? Həlledici oyunda əsla İngiltərə finalı istəmirəm. Ancaq “Çelsi”yə azarkeşlik edəcəyəm. Hər halda Roman Abramoviç bizim adamdır”.

“İngiltərəli azarkeşlərdən qorxursunuz?” sualını nazir belə cavablandırıb: 

“Bilirəm ki, onlara xeyli pivə lazım olacaq. Amma biz hazırıq. Bütün pivə zavodları tam gücü ilə işləyir. Amma onların nəyisə dağıdacaqlarını düşünmürəm. Çünki başqa yerlərdə də dağıtmayıblar”. (oxu.az)

Paylaş: