C. Avq 23rd, 2019

Mixail Qorbaçov xəstəxanaya yerləşdirilib – Özü haqqında filmin premyerasına gələ bilmədi

Keçmiş SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov özü haqqında filmin premyerasına gələ bilməyib.

TASS  xəbər verir ki, 88 yaşlı keçmiş siyasətçi xəstəxanaya yerləşdirilib.

Xəstəxanaya düşdüyündən o, 41-ci Moskva beynəlxalq kinofestivalında təqdim olunan “Qorbaçovla görüş” filminin premyerasında iştirak edə bilməyib.

Filmin müəllifi Andre Singer bildirib ki, Qorbaçov filmin nümayişinə gəlmək istəsə də, həkimlər buna imkan verməyiblər. (ONA)

Paylaş: