Ça. Avq 20th, 2019

Bakıda DƏHŞƏTLİ QƏZA – Azı 10 sərnişin…

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Turkustan.info xəbər verir ki, hadisə aeroport yolunda, “Buta Palace” yaxınlığında qeydə alınıb.

Belə ki, Bilgəh qəsəbəsi – “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edən 171 saylı sərnişin avtobusu zibil daşyan avtomobillə toqquşub. Hadisə nəticəsində avtobusun azı 10 sərnişini xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl də 171 saylı sərnişin avtobusu “Mercedes”lə toqquşub .  /Report/

Paylaş: