Bz. Sen 22nd, 2019

Kılıçdaroğluna gülən aparıcı işdən qovuldu

“Kanal D”nin məşhur aparıcılarından olan Buket Aydın işdən çıxarılıb.

Xəbərlər proqramının aparıcısı bu ilin martında verilişində qonaq etdiyi CHP sədri Kamal Kılıçdaroğluna qarşı sərgilədiyi davranışa görə vəzifəsindən azad edilib.

Belə ki, Kılıçdaroğlu “İstanbul, Ankara, İzmirdə qələbə qazanacağıq” dedikdə aparıcı qəhqəhəyə boğularaq partiya sədrinə “Bu gün öz tempinizdəsiniz” deyə bildirib.

Onun bu hərəkəti daha sonra sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. CHP 31 mart seçkilərində bu 3 şəhərdə qələbə əldə etdikdən sonra Aydın lağlağıya qoyulub. (qafqazinfo)

Paylaş: