Şb. Sen 21st, 2019

Nərgiz Paşayevadan qadınlara 3 TÖVSİYƏ: “Yaradan sizə cəlbedici xarici görünüş bəxş edibsə…

 Filologiya elmləri doktoru, professor, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru Nərgiz Paşayevanın Facebook səhifəsində gözəllik və qadın haqqında fikirləri paylaşılıb.

Qadınlara 3 tövsiyədən ibarət olan həmin fikirləri təqdim edirik: 

Nərgiz Paşayeva: “Sevilən insan həmişə gözəldir” “Əgər Yaradan həyatdan əlavə, qadına cəlbedici xarici görünüş də bəxş edibsə, o, 3 şeyi yadda saxlamalıdır.

Birinci: öz xarici görünüşünüzlə heç vaxt fəxr etməyin. Bu heç bir halda qürur mənbəyi ola bilməz, çünki bunun üçün siz heç nə etməmisiniz.
İkinci: yadda saxlayın, sevilən olmaq, gözəl olmaqdan daha yaxşıdır. Çünki sevilən insan həmişə gözəldir, gözəl insan isə heç də sevilən olmaq demək deyil. Ostrovskinin dediyi kimi, “gözəllik yaxşıdır, ancaq sevgi daha yaxşıdır”.

Üçüncü: qocalmaqdan qorxmayın. Düzdür, bu kədərlidir, ancaq bunun ümumiyyətlə baş verməməsi daha kədərlidir”.

Paylaş: