Bz. Avq 18th, 2019

Yadplanetlilər artıq aramızdadır – Alimdən açıqlama

Oksford Universitetinin alimi Yanq He Çi yadplanetlilərin artıq insanların arasında yaşamağa başladığını bildirib.

Turkustan.info xəbər verir ki, bu barədə “Daily Mirror” informasiya yayıb.

Məlumata görə, alim bu fikri yeni nəşr olunan kitabında irəli sürüb. Ekspertin fikrincə, yadplanetlilər insanlarla birlikdə iqlim dəyişikliklərinə davamlı yeni bir hibrid irq yaratmaq niyyətindədir.

“Onlar yalnız dünya çox böyük problemlərlə, nüvə müharibəsi kimi bir böhranla qarşılaşacağımız halda peyda olacaqlar. Bu, onlar üçün ölüm-qalım məsələsidir”, – Çi bildirib.  /Axar.az/

Paylaş: