Ca. Dek 12th, 2019

Azərbaycanda dəhşətli qəza: 8 nəfər öldü, 2-si uşaqdır

Göygöldə baş verən yol nəqliyyat qəzası nəticəsində 8 nəfər dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, onlardan 3-ü kişi, 3-ü qadın, 2-si isə uşaqdır.

Bir nəfər qadın isə Gəncə Şəhər Xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Qeyd edək ki, qəza Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində, “VAZ-2106” və “VAZ-2107” markalı minik avtomobillərinin iştirakı ilə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: