Ça. Avq 20th, 2019

Ermənilərdən Azərbaycana qarşı növbəti təxribat

Rusiyada ermənilər Azərbaycana qarşı növbəti dəfə təxribata əl atıblar.

Turkustan.info ONA-ya istinadən xəbər verir ki, Tatarıstanın paytaxtı Kazan şəhərində yerləşən “Qul-Şərif” məscidində yerləşən muzeydə Azərbaycanın Qarabağ bölgəsinin “artsax” adı altında verildiyi orta əsrlər dövrünü əks etdirən xəritə nümayiş olunub.

Məlum faktı Sankt-Peterburqda yaşayan azərbaycanlı hüquqşünas Ramin Novruzov üzə çıxarıb. O, separatçı ermənilərin təxribatı ilə bağlı “Qul-Şərif” məscidinin məsul şəxslərinə və Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət ünvanladığını bildirib.

Paylaş: