Bz. Dek 15th, 2019

Müsəlmanların qətlə yetirildiyi şəhərdə yeni həyəcan

Yeni Zelandiyanın Kraystçerç şəhərində yenidən terakt təhlükəsi yaranıb.

Turkustan.info xəbər verir ki, şəhərin Filipstaun bölgəsində yerləşən evlərdən birində şübhəli cisim aşkarlanıb.

Əraziyə dərhal polis və bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər cəlb olunub. Polis Nyukasl, Qlazqo və Harrou küçələrindəki bütün binaları boşaldıb.

Hüquq-mühafizə orqanlarından verilən açıqlamada şübhəli bağlamanın partlayıcı cihaz olduğu və zərərsizləşdirildiyi bildirilib.

Qeyd edək ki, Yeni Zelandiyada avstraliyalı terrorçu Brenton Tarrantın Kraystçerç şəhərindəki iki məsciddə təşkil etdiyi dəhşətli hücum nəticəsində 51 nəfər ölüb.

Paylaş: