Ca. Avq 22nd, 2019

Ramazan ayında qara çay içməyin – DİQQƏT!

Ramazan ayında da pəhriz saxlayanlar bir neçə qaydaya əməl etməlidir.

İftarı bir stəkan su ilə açıb, zeytun yeyin, sonra bir kasa şorba için və 10-15 dəqiqə gözləyin. Yavaş-yavaş yeyin və yaxşı çeynəyin.

10-15 dəqiqə sonra az yağlı qızartma ət və ya kotlet, toyuq, paxla və ya tərəvəz yeməkləri, makaron və ya əriştə, salat, qatıq və ya ayran kimi qidalardan ibarət olan menyu hazırlayın.

Bol su için.

Ağ çörək yerinə kəpəkli çörək, düyü yerinə yarma və ya kəpəkli makaronlara üstünlük verin. Şəkərdən və qızardılmış qidalardan uzaq durun, çiy tərəvəz və meyvələri çoxaldın.

İftardan sonra bir saat təmiz havada gəzin.

Qara çaya diqqət!

Qara çayın tərkibindəki antioksidant maddələr çox faydalı olsa da, həddən artıq istifadəsi qidaların həmz olunmasını pozaraq qan azlığına gətirib çıxarır. Odur ki, qara çayı bitki çayları ilə əvəz etmək daha yaxşı olardı. Adaçayı, razyana, çobanyastığı, yaşıl çay kimi çaylar fərqli minerallar və antioksidan maddələr ehtiva etdiyindən immunitetə müsbət istiqamətdə təsir edir. Ramazanda bu çaylardan gündə iki stəkan içilməsi məsləhət görülür. (publika.az)

Paylaş: