Ç. Dek 11th, 2019

Venesuelada çevriliş başladı

Venesuela höküməti müxalifət tərəfə keçmiş bir qrup hərbçinin planlaşdırdığı hərbi çevriliş cəhdini yatırmaq üçün müvafiq tədbirlər görməkdədir. 
Bu haqda Venesuelanın informasiya naziri Xorxe Rodriges “Twitter” səhifəsində məlumat verib. 
Onun sözlərinə görə, həmin qruplaşma Karakasın La-Karlota aviabazası yaxşılığında yerləşən yol qovşağına toplaşıb. 
Müxalifət lideri Xuan Quaydo və onunla bərabər hərbi formada olan 70 nəfərə qarşı gözyaşardıcı qazın tətbiq olunduğu bildirilir.  /Oxu.az/

Paylaş: