Bz. Sen 22nd, 2019

Gürcüstanın Azərbaycana qarşı ərazi iddiasının arxasındakı güc – Şok iddia

“Azərbaycanla Avropa Birliyi arasında anlaşma üzərində işin yekunlaşacağı, Azərbaycan prezidentinin mayın 13-də Brüsselə zirvə görüşünə gedəcəyi bir vaxtda bir yandan Ermənistanın bizi yeni təxribatlara çəkmək cəhdləri, o biri yandan da Gürcüstanın bizə qarşı sərhəd tələbləri artır”.

Turkustan.info xəbər verir ki, bunu politoloq Erkin Qədirli deyib.

Ermənistanın Azərbaycana qarşı təxribat cəhdlərinin aydın olduğunu deyən ekspertin sözlərinə görə, bu cəhdlərin arxasında Rusiya dayanır:

“Rusiya bizim Avropa Birliyi ilə yaxınlaşmağımızı istəmir, bu, aydındır. Gürcüstan tərəfdən, özü də prezident səviyyəsində, bizə qarşı “sərhəd tələbləri”nin arxasında da Rusiya dayanırmı?

Gürcüstandakı yeni hökumətin Rusiyaya bağlılığı haqqında Gürcüstanın özündə də söhbətlər var. Nə desəniz ola bilər. Bununla belə, Gürcüstanın öz oyunu da ola bilər. Avropa Birliyi ilə anlaşma öncəsi Azərbaycan’dan torpaq qoparmaq istəyə bilər. İmtina alacağını bilə-bilə bunu niyə etsin?

Azərbaycanı Avropanın gözündə danışıq apara bilməyən, anlaşmaq istəməyən tərəf kimi göstərməyə maraqlı olanlar az deyil. Göründüyü qədərilə öz aramızda da elələri var. Gürcüstan da bu oyuna girdisə, onunla ciddi danışmaq lazımdır. Gürcüstan ölkəmizdən çox asılıdır”.

Sərhədlə bağlı dövlətlərarası komissiyanın olduğuna diqqət çəkən Erkin Qədirli qeyd edib ki, gürcülər həmin komissiya çərçivəsində işi davam etdirmək yerinə, prezident səviyyəsində ard-arda bir neçə dəfə tələb irəli sürməyi, müxalif partiyalardan birinin rəhbəri vasitəsilə sərhədçilərimizi və dövlətimizi aşağılamağı seçirsə, bunun arxasında başqa məqsədlərin olduğunu güman etməyə əsas yaranır:

“Ölkəmizin Avropayla yaxınlaşmasını istəməyən iki qonşumuz – Rusiya və İran-Ermənistanla yanaşı, Gürcüstan üzərindən də bizə qarşı siyasət yürüdə bilərlər. Hər ikisinin Gürcüstana bizim qazdan daha ucuz qiymətə qaz təklif etmələri də bu siyasətin içindədir. Bunlar kiçik və görünən addımlardır. Məqsəd isə birdir – Azərbaycanın bütövləşməsini, güclənməsini, demokratikləşməsini əngəlləmək”.  /teleqraf.com/

Paylaş: