Ca. Okt 24th, 2019

Tanıdığınız tanışlar: məşhur Xalq artistini bu ŞƏKİLDƏN də görün…

Bu yazıda böyük əksəriyyətin tanıdığı şəxsin uşaqlıq və ya gənclik şəkli təqdim olunur.  Hamınıza bugünkü siması ilə tanış olan həmin şəxsin nadir şəkli yəqin ki, sizlərdə hansısa təəssüratlar yaradır.  
Xəbər lentinə qoyduğumuz şəkli yazıya baxmadan tanıya bildiniz?  

Bu şəkildəki şəxs tanınmış müğənni, bəstəkar, Xalq artisti, “Şöhrət” ordenli Niyaməddin Musayevdir.
Yeri gəlmişkən, bu gün Niyaməddin müəllimin doğum günüdür, onun 79 yaşı tamam olub.

Niyaməddin Cabbar oğlu Musayev 1940-cı il iyunun 1-də İmişli rayonunda anadan olub. 1957-ci ildən, yəni 17 yaşından peşəkar səhnədə olan sənətkarda musiqiyə olan sevgi və maraq uşaq yaşlarindan ona bu yolu seçməyə təhrik edən amillərdən olub. Gənc yaşlarında Rayon Mədəniyyət evində metodist və incəsənət məsləhətçisi işləyib. 1966-cı ildə ilk dəfə Ə.Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblında bir neçə mahnısı radio fonotekasında yazılıb. 1968-ci ildə “Muğam-68” festivalının qalibi olub.
1991-ci ildə Naxçıvan MR-nın Əməkdar artisti adına layiq görülüb. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildə ona Xalq artisti fəxri adı verilib.
2000-ci ildə isə “Şöhrət ordeni” ilə təltif edilib. 
1978-ci ildən «Röya» vokal instrumental ansamblının bədii rəhbəri olan Niyaməddin Musayev  ilk dəfə olaraq, Azərbaycanda milli estrada janrının yaradıcısı olmuş və həmin ildəcə ansamblın bir valı buraxılmışdır. Onun 1987-ci ildə «Dünya sənin, dünya mənim», 1998-ci ildə «Vətən həsrəti» adlı albomları və bir diski buraxılıb. 1974-cü ildə «Şahnaz təsnifi» ifası ilə sənət aləmində daha çox tanınıb. 
Dünyanın bir çox ölkələrində dövlət qostrollarında milli xalq musiqimizi təbliğ edən müğənninin «Röya» vokal instrumental ansamblını yaratması ilk növbədə milli musiqimizlə Avropa musiqisinin sintezləşdirilməsinə və müasir səpkidə xalqa çatdırılmasına xidmət edib.
Həm də muğam ifaçısı olmuş Niyaməddin Musayev Ə.Bakıxanov, B.Salahov, Ə.Dadaşov, Ə.Quliyev, A,Məşədibəyov, H.Məmmədov və H.Bayramov kimi tanınmış sənətkarlarla çalışıb. 
O, tanınmasının səbəbi kimi xalqın onun sənətini qiymətləndirməsində görür. Artıq uzun illərdir milli kolaritli estradanın formalaşmasında çalışan sənətkar əksər bəstəkar və ifaçıların yaradıcılığını da xoşlayır. (modern.az)


Paylaş: