Şb. Sen 21st, 2019

Ərdoğan babama çox BƏNZƏYİR – Mandelanın nəvəsi

Cənubi Afrika Respublikasının tarixi lideri Nelson Mandelanın deputat nəvəsi Zvelivelile Mandela Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı babasına bənzədib.

Mandelanın nəvəsi Ərdoğanın babası ilə eyni prinsip və idealları daşıdığını söyləyib.

“Cənab Ərdoğan səmimidir, insan haqları, ədalət və sülh məsələlərində lider mövqedədir. Hər ölkə ilə eyni dildə danışır. Bir ldierin bu cür hərəkət etməsi möhtəşəm bir şeydir. Bəzən ona baxıram və babam Nelson Mandelanın sanki eynisini görürəm. Super güclər və ya başqa ölkə olmasına fərq qoymadan babam hər bir dövlət rəhbərinin qarşısında qürurlu və eyni cür çıxış edərdi. Ərdoğan və Mandela xarici əlaqələr baxımından çox oxşayırlar”, – deyə deputat bildirib.

Bir neçə Afrika ölkəsinə səfər edən Türkiyə prezidenti ilə ötən il görüşdüklərini xatırladan Zvelivelile Mandela deyib ki, gənc kimi Ərdoğana heyrandır: “İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olanda Ərdoğan bu şəhəri yenidən abadlaşdırdı. Sonra dövlətin rəhbəri və prezidenti oldu. İmperialist rejimin onunla əsla aşağılayıcı tonda danışa bilməyəcəyini özünəməxsus şəkildə göstərdi”.

O, Afrikanın Türkiyəyə dost və qardaş ölkə kimi yanaşdığını söyləyib. (teleqraf.com)

Paylaş: