Ça. Avq 20th, 2019

Bakıda 12 avtomobili əzən sürücü ilə bağlı ŞOK FAKTLAR – TƏFƏRRÜAT/VİDEO

Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 54/56 ünvanında yerləşən binanın həyətində sərxoş şəxs “Land Cruiser” markalı maşınla həyətdə dayanmış 11 avtomobili əzib.

Hadisə ötən gün axşam saatlarında baş verib. Həmin avtomobillə birlikdə park edilmiş vəziyyətdə olan 12 avtomobili xurd-xəşil edən şəxsin sərxoş və ya narkotik maddələrin təsiri altında olduğu bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, bu şəxs həmin binadakı mənzillərdən birində kirayədə qalırmış və qonşulardan heç kim onu tanımır. Sükanı arxasına keçib həyətdəki maşınları vurduğu “Land Cruiser” isə qonşuluqda yaşayan Rafiq adlı şəxsə məxsusdur

“Rafiq özü Türkiyədə olduğundan avtomobilinin açarını qapı qonşusu İslama verib. Tapşırıb ki, hərdən xoda salsın, akkumulyatoru dayanmasın. Dünən də qonşu maşını xoda salmaq üçün həyətə düşübmüş. Bu vaxt həmin adını bilmədiyimiz, binamızda kirayədə qalan şəxs yaxınlaşıb, kömək təklif edib. Qonşu da cip sürə bilmədiyini deyərək razılaşıb, açarı ona verib. Lakin sürücünün sərxoş olduğunu hiss etməyib”, – deyə qonşulardan biri bildirir.

Qonşuluqda yaşayanlar deyirlər ki, hadisə nəticəsində ən az zədələnən avtomobilə 1500-2000 manat ziyan dəyib. Əzilən avtomobillərin əksəriyyəti təzə maşınlar olub. Aralarında son model “Land Cruiser”, “X-Trail”, “Passat”, “Range Rover”, “Mercedes”, “Niva” və s. var.

O, idarə etdiyi maşını cərgənin sonunda dayanmış “Land Cruiser”ə çırparaq saxlayıb. Hadisə şahidlərinin sözlərinə görə, əgər həmin avtomobilə dəyib dayanmasaydı, hadisənin daha böyük faciəyə çevrilmək qorxusu var idi: “Yaxşı ki, həmin gün həyətdə uşaqlar az olub. Olanlar da uşaqlar üçün ayrılmış qumluq hissədə oynayıblar. Əgər ortalıqda oynayan azyaşlı uşaqlar olsaydı, onlar qaçıb canlarını qurtara bilməyəcəkdilər”.

Sakinlər bildirirlər ki, ilkin hesablamaya görə, binanın həyətində olan avtomobillərə cəmi 60-70 min manat arası ziyan dəyib.

Hadisə yerinə polis əməkdaşları gəliblər. Hadisəni törədən şəxs (kimliyini dəqiqləşdirə bilməmişik) polis bölməsinə aparılıb və ifadəsi alınıb. Amma sakinlərə dəyən ziyanın kim tərəfindən ödəniləcəyi məlum deyil.

Bina sakinlərindən biri hadisəni mobil telefonla çəkməyə imkan tapıb. Kadrlardan görünür ki, “Land Cruiser”in sükanı arxasında olan şəxs avtomobili tamamilə qeyri-adekvat idarə edir, sanki bilərəkdən park vəziyyətində olan avtomobilləri əzir.

Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, zərərçəkən sürücülər Binəqədi rayon Polis İdarəsinə dəvət olunaraq izahatları alınıb. Hadisəni törədən sürücü artıq saxlanılıb və barəsində araşdırma aparılır. Onun sərxoş vəziyyətdə olduğu təsdiqlənib

“Toyota Land Cruiser” markalı, 10 MV 984 dövlət nömrə nişanlı avomobil işlək vəziyyətdə dayandığı yerdə ağır dərəcəli sərxoş olan qonşu yaxınlaşaraq sükan arxasına keçib və belə bir hadisə törədib. Hazırda Binəqədi rayon Polis İdarəsində faktla bağlı araşdırmalar davam etdirilir”, – məlumatda bildirilib.(Virtualaz.org)

Paylaş: