Ç. Sen 18th, 2019

Feysbukdan möhtəşəm YENİLİK: Azərbaycan DAXİL EDİLMƏDİ

Feysbukda yeni xidmət istifadəyə veriləcək.

Turkustan.info xarici KİV-lərə istinadən xəbər verir ki, yeni xidmət “Gizli eşq” adlanır. Məlumata görə, bu xidmət sayəsində oxşar xüsusiyyətlərə malik olan insanlar tanış ola biləcək. Bildirilir ki, bir istifadəçi xüsusi siyahıya 9 nəfəri daxil edə bilər.

Siyahıya daxil edilən şəxslərə bildiriş gedəcək və onlar bildirişi qəbul edərsə, tərəflər unsiyyət qura biləcək. Xidmətin üstünlüyü isə istifadəçinin dostluq siyahısında olmadan qarşı tərəfin fəaliyyətini izləyə bilməsidir.

“Gizli eşq”dən yalnız “Facebook Dating” tətbiqinə qoşulan istifadəçilər faydalana bilər. Eyniz zamanda xidmət bütün ölkələrə şamil edilməyəcək. Filippin, Vyetnam, Malaziya, Sinqapur, Laos, Braziliya, Çili, Peru, Boliviya, Paraqvay və Uruqvayda yaşayan feysbuk istifadəçiləri “Gizli eşq” yaşaya biləcək.  /Redaktor.az/

Paylaş: