Bz. Avq 18th, 2019

Hansı ərzaq piylənməyə qarşı ƏN YAXŞI dərmandır? – CAVAB

Yaponiya alimləri düyü istifadəsi ilə piylənmə faizinin azalması arasında əlaqə tapıblar.

Xarici KİV xəbərlərinə görə, 136 ölkədə qida rasionu araşdırıldıqdan sonra gündəlik 150 qram düyü yeyən insanlarda piylənmə faizinin xeyli aşağı olduğu üzə çıxıb.

Yaponiyalı alimlər insanların hər gün əlavə 50 qram düyü qəbul edəcəyi halda 1 ildən sonra dünyada piylənmədən əziyyət çəkənlərin sayının 1% azalacağını hesablayıb.

Düyü qəbulunun artıq çəki ilə yanaşı, xolesterin və ölümcül xəsətliklərin azalmasına yol açır. (modern.az)

Paylaş: