Ça. Avq 20th, 2019

Avtobus sürücüsü HALI PİSLƏŞƏN sərnişini təhqir etdi – VİDEO

Ötən gün axsam 21:00 radələrində 114 nömrəli marşrutda sərnişinlərdən birinin halı pisləşib.  

Məlumata görə, avtobusun tıxacda olmasına baxmayaraq insanların səslənməsinə önəm verməyən sürücü qapıları açmayıb. Bu an sərnişinlərdən biri marşurutun qapısını əliylə açmağa başlayıb və sürücü marşurutdan düşərək sərnişinlə dava etməyə başlayıb.

Sürücü “ölür düşsün marşrutdan, qapını açmayacam “ ifadələrini işlədib.

Bakı Nəqliyyat Agentliyindən saytımıza bildirilib ki, məsələ araşdırılır.

(modern.az)

Paylaş: