Ça. Avq 20th, 2019

Bakıda kişi arvadının üzərinə benzin tökərək yandırdı

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsi, Dadaşov küçəsində dəhşətli hadisə baş verib. 

Turkustan.info xəbər verir ki, 1981-ci il təvəllüdlü Ceyhun Firuz oğlu Xudabaxışov qeyri-rəsmi nikahda yaşadığı 1984-cü il təvəllüdlü Raziyə Arif qızı Aslanovanın başından zərbə vurduqdan sonra onun üzərinə benzin tökərək yandırıb. 

Ağır dərəcəli bədən xəsarəti alan qadın 5 saylı xəstəxanaya çatdırılıb. 

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, qadın bədəninin müxtəlif hissələrində 1-2-ci dərəcəli yanıq diaqnozu ilə xəstəxanaya çatdırılıb. Hazırda onun həyatı üçün təhlükə yoxdur. 

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Paylaş: