Şb. Dek 14th, 2019

Nazirlikdən Salyanda qəzaya uğrayan məktəblilərlə bağlı – AÇIQLAMA

Məktəbliləri idman yarışına aparan mikroavtobusun Salyanda qəzaya uğraması faciəli bir hadisədir. Dünyasını dəyişən uşağın valideynlərinə başsağlığı veririk.

Turkustan.info bildirir ki, bunu Oxu.Az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.

O, bu gün “Vita” markalı avtomobillə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisində baş verən qəzaya münasibətini bildirib. Nazirlik rəsmisi qeyd edib ki, məktəblilər Cəlilabadda keçiriləcək yarışa gedirmişlər:

“Həmin məktəblilər Şirvandandır. Onlar Cəlilabadda keçiriləcək Heydər Əliyevin 96 illiyi ilə əlaqədar olaraq güləş turnirinə gedirmiş. Bu turnir bizim nazirlik, həmçinin, Cəlilabad Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Güləş Federasiyası tərəfindən təsdiq olunan yarış idi. Təəssüf ki, belə bir qəza baş verib. 

Hazırda hadisə yerində nazirliyin iki əməkdaşı var. Onlar Salyan Rayon Xəstəxanasında yaralıların durumu ilə maraqlanırlar. Nazirlik bu məsələdə əlindən gələn hər bir dəstəyi verməyə hazırdır. Bu qəzada kimin günahının olmasının müəyyənləşdirilməsi sonranın işidir”.

Qeyd edək ki, bu faciəvi hadisə nəticəsində yeddi şagird və bir məşqçi-müəllim yaralanıb. Avtomobili müəllim idarə edib. Bu qəza nəticəsində 11 yaşlı İlkin Əhmədov dünyasını dəyişib.

Paylaş: