Ç. Sen 18th, 2019

ADAU-nun rektoru İbrahim Cəfərovun bir günü

Azərbaycan Dövlət Aqrar Universitetinin mətbuat xidmətinin rəhbəri olaraq rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun bir günlük iş rejimini izlədim. Son dərəcə böyük enerji sahibi olduğunu,  işindən olduqca böyük zövq aldığını və yorulmaq nədir bilmədiyini gördüm. O, əvvəllər də belə idi. Zəhməti olan və bu zəhmətdən minlərin həyat yoluna işıq düşdüyünü görəndə özünə də, rəhbərlik etdiyi təhsil müəssisənin hər bir üzvünə də inamı artırdı.

Səhər saat 10-30 da Ulu öndərin 96-cı ildönümü ilə əlaqdar  universitet əməkdaşlarının 2018-ci ilin elmi-tədqiqat işlərinin yekunlarına dair elmi-praktiki konfrans keçirib. Ciddi müzakirələr aparıb, məruzələr dinləyib, Kənd Təsərrüfatı naziri İnam Kərimovun apardığı geniş kollegiyada  ADAU qarşısında qoyulan vəzifələrdən danışıb. Günün ikinci yarısında  doktorantlarla görüşüb, kollegiyanın qarşıya qoyduğu məsələlərin həllində onların üzərinə düşən məsuliyyətin incəliklərini izah edib və indi təlabatın tamam başqa cür olduğunu söyləyib, doktorantları dinləyib, hər zaman onların yanında olduğunu deyib.

İbrahim Cəfərov Startab nümayəndələri ilə də görüşüb, onların daha fəal olması üçün tövsiyyələrini söyləyib, tapşırıqlarını verib. Ardınca Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin professor-müəllimləri ilə bir araya gəlib, kollegiyadan irəli gələn məsələləri müzakirə edib, qarşıya qoyulan məsələlərin həlli üçün dəqiq proqramın hazırlanmasını tapşırıb.

İş gününün sonuncu dayanacağı 1 saylı tələbə evinin sakinləri ilə görüşməsi olub. Axşam 19-00 da başlayan görüş 22-00 da başa çatıb. İbrahim Cəfərof demək olar hər tələbəni dinləyib, onları maraqlandıran bütün suallara aydınlıq gətirib. Birgə yaşayış normaları, daxili intizam qaydalarından danışılıb, yaz sessiyasının uğurlu keçməsi üçün tövsiyyələrini söyləyib, tələbələrin arzu və istəklərini dinləyib.

Bir günlük fəalliyyətin yalnız gördüyüm tərəflərini  qısaca formada dedim.  Görünməyən tərəfləri də bu günə əlavə etsəm deyə bilərəm bu insan nəfəsi ADAU ilə, özünün dediyi kimi təhsil müəssisəsinin zəif bəndi olan tələbələrlə alır.

Qalib Rəhimli, ADAU-nun mətbuat xidmətinin rəhbəri

 

Paylaş: