Ça. Avq 20th, 2019

Bankları böhrandan çıxaracaq qərar: Kompensasiyalar problemli kreditləri necə azaldacaq?

Manatın ucuzlaşmasından sonra əhali bir sıra ciddi problemlərlə üzləşdi.

Əsas problemlərdən biri də kreditlərin həcminin artması, ödənişlərdə yaranan gecikmələr oldu.Devalvasiya problemli kredit məsələsini də gündəmə gətirdi.Təsədüfi deyil ki, problemli kreditlərin həcmi rəsmi rəqəmlərə görə 2 milyard manatdan yüksək idi.Azərbaycan Mərkəzi Bankının (AMB) cari ilin fevral ayına olan rəsmi məlumatına görə isə bu rəqəm 1 milyard 574.7 milyon manat idi. Mart ayında isə problemli kreditlərin həcmində azalma baş verdi. 

Belə ki, AMB-nin mart ayına olan rəsmi məlumatına görə fevral ayına nisbətən problemli kreditlərin həcmi 16.7 milyon manat azalıb.Ötən ilin sonu ilə müqayisədə isə ödəmə vaxtı keçmiş kreditlər 27 milyon manat azalıb. Martın sonunda cəmi kredit qoyuluşlarının 11,9 faizi problemli olub. Ötən ilin sonunda bu nisbət 12,2 faiz idi. Rəsmi məlumatlara istinad etsək 2019-cu ilin mart ayının sonuna olan məlumata görə, Azərbaycanda 13 milyard 58 milyon manatlıq kredit qoyuluşlarının 1 milyard 558 milyon manatının ödəmə vaxtı keçib.

Məlumdur ki, ölkə başçısı İlham Əliyev problemli kreditlərin həlli ilə bağlı xarici valyutada olan kreditlərə kompensasiyaların ödənilməsi ilə bağlı müvafiq sərəncam imzaladı.Artıq kompensasiyaların ödənişi prosesinə başlanılıb və əksər vətəndaşlar artıq bu sərəncamdan yararlanıb.Ölkə başçısının sözügedən sərəncamından sonra ekspertlər problemli kreditlərin böyük ölçüdə həll olunduğunu xüsusilə vurğuladı.Əsas problemlərin xarici valyuta kreditlərində olduğunu nəzərə alsaq, bu sərəncamın icrasından sonra problemi kreditlərin həcmində ciddi şəkildə azalmanın baş verdiyi rəsmi rəqəmlərdə də özünü göstərəcək.

ABM-nin rəsmi hesabatının mart ayını əhatə etdiyi nəzərə alsaq, hələlik problemi kreditlərdə baş verən sözügedən 16.7 milyon manat azalmanı bu sərəncama aid etmək olmaz.Ekspertlər bu azalamnı fərqli izah edirlər. Bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bu azalmaya səbəb prezidentin verdiyi sərəncam deyil: 

“Bunun səbəbi fərqlidir. Ola bilər ki, banklar məhkəmə proseslərini udub və vətəndaşı borcunu ödəməyə məcbur edib.Bundan əlavə, girovun satılması, borcun zamindən təmin edilməsi və sair kimi hallarla da problemli krediti həll etmək mümkündür.Hesab edir ki, sözügedən azalma məhz bu cür azalmadır”.

Əkrəm Həsənov sərəncamın icrasının problemli kreditlərə təsirinə də toxunub: 

“Prezidentin verdiyi sərəncam icra olunduqdan sonrakı hesabatlarda daha ciddi azalmanın şahidi olacağıq. Bu sərəncam problemli kreditlərin həcminin azalmasına ciddi şəkildə təsir edəcək.Amma Azərbaycan Mərkəzi Bankının mart ayındakı hesabatındakı azalmanın isə sərəncama heç bir aidiyyati yoxdur.Sərəncamdan sonrakı vəziyyət prosesin icrasından sonra bəlli olacaq və hesab edirəm ki, bu problemli kreditlərin həcminin azalmasında özünü açıq şəkildə göstərəcək”.

Qeyd edək ki, prezidenti İlham Əliyev 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında 2015-ci ildə iki dəfə baş vermiş devalvasiyalardan sonra yaranmış fərqin dövlət büdcəsi hesabına ödənilməsi ilə bağlı sərəncam imzalayıb.

Maliyyə Nazirliyi sərəncamdan irəli gələrək fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsi üçün ilk tranş çərçivəsində 350,8 milyon manat ayırıb. Bu vəsait bankların və bank olmayan kredit təşkilatlarının, eləcə də ləğvetmə prosesində olan təşkilatların hesablarına köçürülüb.

Qeyd edək ki, aprelin 22-sindən etibarən fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsinə başlanılıb.Kompensasiyaları ümumilikdə 602 min 347 nəfər alacaq.  /Cebhe.info/

Paylaş: