Be. Noy 18th, 2019

Bir zamanlar Tatar türkcəsi Rusiyada rəsmi yazışma dili idi…

   Tatar dili Orta Asiya və digər bir çox ölkənin Rusiya səfirlik və n ümayəndəliklərində istifadə olunan önəmli ünsiyyət dili idi. 

  Irandan Hindistana qədər bir çox şərq dövlətləri ilə rəsmi yazışmalar Tatar dili ilə aparılırdı.   17-inci əsrdə Tatar türkcəsi, müasir dövrümüzdəki ingilis dili qədər, orta əsrdə Avropadakı          Latın dilləri qədər beynəlxalq dil sayılırdı. Kazan Dövlət Universitetinin proffessoru, tarixçi    alim Iskəndər Gilyazov yazırki; son vaxtlar təzyiq altına alınan, məktəblərdə qadağan edilən   Tatar türkcəsi, 17-ci əsrdə Rus dövlətinin rəsmi diplomatik dili olmuşdur. Böyük Türkcü fikir   ustadı Ə. Hüseynzadə “Türk Dilinin Vəzifəsi və Ədəbiyyəsi” əsərində yazır ki, Dünya üzrə   Türk dilindən daha yayqın dil yoxdur və bu gün bu dilin sərhədləri; Mancuriyadan və Sibirin     Uzaq Şərqindən axan Lena çayı sahilindən başlayıb Altay, Karakurum, Pamir, HindKuş,             Qafqaz, Krım, Balkanların sonuna qədər genişlənməkdə, Ural Dağlarından Afrikanın   Böyük Səhrasına qədər uzanmaqdadır. Yəni bütün əhatə dairəsi yüksək olan bir dildir.

   Bu səbəbə görə Rus hökuməti rəsmi olaraq xarici diplomatiyada Tatar dilindən istifadə   edirdi. Gilyazov yazır ki; bir zamanlar Tatar Dili beynəlxalq bir dil idi Rus Dövləti Şərqin   bütün dövlətləri ilə diplomatik əlaqədə istifadə olunan yeganə dil Tatar dili idi. Rusiyanın   saysız səfirliklərində istifadə olunan tək dil idi Tatar Dili. Misal üçün o dövrün Rus Çarı   Aleksey, Hindistan, Iran, Orta Asiya və bir çox ölkələrlə diplomatik təmaslarını Tatar dili   üzərində qurmuşdu. bu gün bu həqiqətlərdən təəssüf ki, bir çox insanlarımız   xəbərsizdir.

   Sənan Turanlı

Paylaş: