Ça. Avq 20th, 2019

Ramil Usubov Mədət Quliyevin qardaşı oğluna vəzifə verdi

Mətin Qulubəyli Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyinat alıb

Daxili işlər orqanlarında yeni təyinat olub.

Turkustan.info ONA-ya istinadla xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis kapitanı Mətin Qulubəyli Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

M.Qulubəyli buna qədər Nizami RPİ-də çalışıb.

Qeyd edək ki, M.Qulubəyli Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin qardaşı oğludur.

 

Paylaş: