Ca. Dek 12th, 2019

Azərbaycanda qadınlarla bağlı TƏKLİF: 2021-ci ilədək…

Azərbaycanda qadınların Milli Məclisdə və seçkili orqanların bütün səviyyələrində sayının artırılması üçün mütləq kvotanın tətbiqi təklif edilir.

Trend xəbər verir ki, bu təklif Azərbaycan Hökuməti və BMT-nin Əhali Fondunun əməkdaşlığı ilə hazırlanan cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planının layihəsində yer alıb.

Layihədə mütləq kovatanın tətbiqi məsələsinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Milli Məclis tərəfindən 2021-ci ilədək nəzərdən keçirilməsi tövsiyə edilir.

Hesab olunur ki, Azərbaycanda müvəqqəti mütləq kvotanın tətbiqi yolu ilə qadınların Milli Məclisdə və aşağı səviyyəli seçkili orqanlarda daha böyük sayda təmsil olunmasına dəstəyin verilməsi məsələsini nəzərdən keçirmək lazımdır. Çünki 1990-cı ilədək seçki orqanlarının üzv yerinin minimum 33 faizinin qadınlara şamil edilməsini tələb edən kvota mövcud idi. 1989-cu ildə milli parlamentdə qadınların sayı parlamentin ümumi üzvlərinin 40 faizini təşkil edirdi. 1991-ci ildə parlamentdə qadınların sayı 4,3 faizə düşdü. Sonrakı illərdə bu rəqəmin artmasına baxmayaraq, qadınların təmsilçilik faizi yenə də Avropa ölkələri ilə müqayisədə aşağıdır.

Azərbaycanda məcburi kvotaların tətbiq edilməsi BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün fomalarının ləğv ediməsi üzrə Komitəsi (CEDAW) tərəfindən də tövsiyə edilib. Bu isə qadınları 1990-cı ildən əvvəl olduğu kimi ayrılmış minimal saydan daha çox yerlər üçün seçkiyə qatılmaqdan məhrum etmir.

Paylaş: