Ça. Avq 20th, 2019

Bahçeli Kılıçdaroğluna səsləndi: İlk səsi mən verməsəm namərdəm

Cümhuriyyət Xalq Partiyası (CHP) lideri Kamal Kılıçdaroğlunun Ali Seçki Komissiyasının (ASK) üzvlərinə banda deməsi qanun pozuntusudur. Turkustan.info “Sözcü” qəzetinə istinadla xəbər verir ki, bunu Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli deyib.

O, K. Kılıçdaroğluna çağırış edərək toxunulmazlığının ləğv edilməsi üçün müraciət etməsini istəyib: “Məhkəməyə banda deyən partiya sədri və millət vəkili sənə səslənirəm, gəl toxunulmazlığın ləğv edilməsi üçün tələb irəli sür, ilk səsi mən verməzsəm namərdəm”.

Xatırladaq ki, CHP sədri ötən gün ASK üzvlərini tənqid edərək demişdi ki, “hakim dediyin adam verdiyi qərarın arxasında duran adamdır”: “Satılan adam deyildir. Siyasi təzyiqlərə boyun əyən adam deyil”. K. Kılıçdaroğlu İstanbul seçkilərinin yenilənməsinə qərar verən 7 hakim üçün banda ifadəsini işlətmişdi.  /Yeniavaz.com/

Paylaş: