Ça. Avq 20th, 2019

Türklər yenə tarix yazdılar – Qırıcı tərs uçdu

“Türk ulduzlar”dan 200 metr yüksəklikdə görünməmiş manevr

Türk pilotları yenə tarix yaza biliblər. “Türk ulduzları” nümayiş etdirdikləri manevrlər ilə yenə dünyada bir ilkə imza atıblar. Göstərdikləri nümayişləri ilə hər kəsin yaddaşında iz salan pilotlar bu dəfə 4-lü qol uçuşunda yerdən 200 metr aralıda şou göstəriblər. 

4 qırıcıdan biri – “F-5“i idarə edən pilot digər 3 təyyarə düz uçarkən anidən tərsinə çevrilib. Bu zaman onun digərləri ilə arasında 1 metrdən az məsafə olub. Pilot bir neçə dəqiqə bu halda uçuşa davam edib. 

“Türk ulduzları” bu il də dünyanı şouları ilə heyran etməyə davam edəcək. Belə ki, bu il cəsur türklər 18 fərqli məkanda 20 dəfə manevrlər nümayiş etdirəcəklər.

“Türk ulduzları” dünyada 8 süpersonik təyyarə ilə şou nümayiş etdirən yeganə akrobatika komandadır. /istipress.com/

Paylaş: