Be. Sen 16th, 2019

Aydın Mirzəzadədən REAKSİYA: “Uşaqdan popkorn almaq lazım idi…”

Milli Məclisin deputatı Aydın Mirzəzadə həmkarı Rasim Musabəyovun “Azneft” meydanında yeraltı keçiddə uşağın popkorn satması ilə bağlı etdiyi etiraza sosial şəbəkə hesabından münasibət bildirib.

Millət vəkili bu məsələdən çox təsirləndiyini qeyd edir:

“O uşağı oradan aparatı ilə çıxartmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi. Əgər valideynlərin biri yox idisə və ya işləmək qabiliyyətləri yoxdursa, o ailəyə sosial yardım verilməsinə nail olmaq lazım idi. Bütün bunlardan əvvəl isə yaxınlaşıb uşaqdan popkorn almaq lazım idi ki, verdiyimiz puldan ona həmin gün azacıq da olsa pul qalaydı”.

Qeyd edək ki, deputat Rasim Musabəyov “Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə uşağın popkorn satmasına etiraz edərək azyaşlının vergidən yayındığını, ətrafı popkorn qoxusu bürüdüyünü bildirib. Nəticədə, uşaq popkorn aparatı ilə birlikdə ərazidən çıxarılıb. (publika.az)

Paylaş: