C. Dek 13th, 2019

Davudoğlu yeni partiyanı elan edəcək – Vaxt açıqlandı

Yeni siyasi partiya qurmaq üçün fəaliyyətə başlayan Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu Ramazan ayında 10 fərqli iftar tədbirlərində iştirak edəcək

Türkiyə mediası xəbər verir ki, Əhməd Davudoğlu qatılacağı iftar süfrələrində həm də gələcəkdə onunla bir yerdə olacaq şəxslərlə təmas quracaq.

Onun qatılacağı ilk iftar süfrəsi mayın 13-14-də İstanbulda olacaq. Burada Davudoğlu dərnək və vəqf təmsilçilərinin əhatəsində olacaq. İftar yeməyində iştirak edəcək şəxslərdən bir qışımı də Davudoğlu ilə birlikdə hərəkət edəcək siyasətçilər olacaq.

Bununla da indiyə qədər qapalı toplantılarda bir araya gələn bu şəxlər ilk dəfə açıq havada toplantı keçirmiş olacaq. Davudoğlu İstanbuldan başqa Ankara, İzmir, Konya, Malatya kimi şəhərlərdə də iftar tədbirlərinə qatılacaq.

Yeni qurulan partiyanın isə avqust ayında ictimaiyyətə elan edilməsi gözlənilir. (teleqraf.com)

Paylaş: